Qəbələ ş. Elçin Kərimov küçəsi, "ASAN" xidmətin yaxınlığındakı 4mərtəbəli bina

Qəbələ Abituriyent və Repetitor Birliyi.

Fərdi hazırlıq və kurs sisteminin ən üstün cəhətlərini özündə birləşdirən fərqli və mükəmməl təhsil məkanı !

2013-cü ildə Qəbələdə şəhər 3 saylı məktəbə 12 nəfər müəllim və 50 şagirdlə fəaliyyətə başlamışıq.  Kursumuz bu ötən 10 il ərzində minlərlə şagird yetişdirib. Məzunlarımız həm ölkəmizin nüfuzlu ali məktəblərində, həm də bir çox xarici dövlətlərdə təhsil alıb, bir çoxu yerli və beynəlxalq şirkətlərdə öz karyeralarını qurublar. Çində, Almaniyada, BƏƏ-də, ABŞ-da, İtaliyada, Polşada karyerasını  qurmuş tələbələrimizlə yanaşı özlkəmizdə də müəllim, həkim, mühəndis, ədliyyə, hüquq və başqa sahələrdə çalışan yüzlərlə məzunumuz var. Bütün bunlarla yanaşı bu ötən 10 il ərzində aylıq sınaq imtahanları, bilik yarışları və olimpiadalar təşkil edərək Qəbələdə yaşayan yüzlərlə istedadlı şagirdin üzə çıxmasında böyük əməyimiz olmuşdur. Hazırda təhsil mərkəzimizdə 3-cü sinifdən 11-ci sinfədək müxtəlif istiqamətlərdə şagird hazırlığı mövcuddur. III-VIII siniflər üçün üç fənn (Azərbaycan dili, Riyaziyyat və Xarici dil) üzrə “ilkin hazırlıq”. IX, X və XI siniflər üçün isə həm buraxılış imtahanına həm də bütün ixtisas qrupları üzrə qəbul imtahanına hazırlıq mövcuddur.

Kursumuzda bütün dərslər DİM-nin qəbul proqramı çərçivəsində aparılır. Şagirdlərin dərsə hazırlığı, nizam-intizam qaydalarına əməl etmələri və digər məsələlər barədə valideynlərin mütəmadi məlumatlandırılır. Hər ilin sonu ali məktəblərə sənəd qəbuluna və ixtisas seçiminə köməklik edilir. Hər il yay aylarında kursa qəbul imtahanı təşkil edirik. İmtahanda iştirak etmiş bütün şagirdlər müəyyən güzəştlərlə, ən yüksək nəticə göstərən şagirdlər isə tamamilə ödənişsiz təhsil almaq hüququ qazanırlar.Bununla yanaşı müxtəlif

güzəşt qruplarına aid olan, maddi imkanı aşağı olan vətəndaşlarımızın övladları da imtiyazlı təhsil alırlar.

Hər ay təşkil olunan sınaq imtahanlarında da şagirdlər aylıq ödənişə güzəşt əldə edə bilərlər. Bütün bu həvəsləndirici tədbirlərlə yanaşı bayram günlərində müxtəlif gəzintilər, idman yarışları və şənliklər də mütəmadi olaraq təşkil olunur.